!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nefti ucuzlaşdı

!Reklam – Yazi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 61,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,20 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 58,37 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.\Trend\

www.yenicag.az

7443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv