CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 60,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel azdır.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 58,05 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel azdır./Trend/