CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 81,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,12 dollar/barel azdır.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 80,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 16-da 77,89 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 16-da 81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel azdır.
Trend