!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan neftindən Cenifer Lopesə 5, Elton Cona 7 milyon… – VİDEO, FOTOLAR

!Reklam – Yazi
134319_srcÖtən gün martın 29-da Moskvada, azərbaycanlı oliqarx Telman İsmayılovun məşhur “Safisa” şadlıq sarayında Azərbaycanda neft biznesi olan inquş milyarder Mixail Qutseriyevin oğlunun toyu olub.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, toy olduqca dəbdəbəli keçib, oxumaq üçün dəvət olunan müğənnilər arasında xeyli Hollivud ulduzu olub.
Toyda iştirak edənlərdən biri, İnquşetiya prezidenti Yunusbes Yevkurov İnstagram-da yazıb ki, Qutseriyevin oğlu Səid Xədicə ilə evləndi .
“Gənclər yaxşı tanınan və hörmətli ailələrdəndir… Toy çox gözəl keçdi, xeyirxahlıq və qonaqpərvərlik mühiti var idi. Aparıcılar bizim adət-ənənələrimizə riayət olunması üçün əllərindən gələni etdilər. Yeni evlənənlərə xoşbəxtlik, çoxlu uşaq və əlbətdə ki, valideyinlərinin xeyir-duasını arzulayıram”-Yevkurov yazıb.
“Lifenews” isə xəbər verir ki, toya 600-dən çox qonaq qatılmışdı. Qonaqları qapıda Qutseriyev özü qarşılayıb. Qonaqlar arasında bir çox oliqarxlar, Rusiya şou-biznesinin tanınmış simaları olub. Qonaqları əyləndirmək üçün məşhur Hollivud ulduzlarından Beyonce, Cenifer Lopes, Stinq, Elton Con, Enrike İqlesieas, Patrisiya Kaas  səhnəyə çıxıblar.
“Russneft” şirkətinin prezidenti olan Mixail Qutseriyevin Hollivud ulduzlarının hərəsinə milyonlarla dollar qonorar ödədiyi bildirilir.  Bildirilir ki, Qutseriyev Cennifer Lopesə  5, Elton Cona isə 7 milyon avro verməli olub.Səidin gəlini Xədicə mərasimə “Ellie Saab”dan olan uzun gəlinlikdə gəlib. Fransadan sifariş olanan donun ümumi çəkisi 25 kiloqram təşkil edir. Gəlinin əslən İnquşetiyadan olduğu qeyd olunur.Toyu İnquşetiyanın xalq artisti Tamara Yandiyeva aparıb.
Qeyd edək ki, Qutseriyevin kiçik oğlu Çingizxan 2007-ci ildə Moskvada müəmmalı avtomobil qəzasında həlak olub. Həmin vaxt Qutseriyev prezident Vladimir Putinin qəzəbinə tuş gəlmişdi Rusiyadan qaçmalı olmuşdu. Məlumatlara görə onun qəzəbə gəlməsinin səbəbi İnquşetiyada siyasətə “burnunu soxması” olmuşdu. Qutseriyev barəsində cinayət işinin qaldırılmasından xəbər tutaraq tələsik Rusiyadan qaçıb. Bir neçə gün sonra oğlu Çingizxan müəmmalı qəzada həlak olub.
İnquş milyarder həmin vaxt Azərbaycanda da neft işinə girmişdi və  “Hövsan-Zığ” və “Zığ” yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlamışdı. Oğlunun həlak olmasını eşidən Qutseriyev onunla vidalaşmaq üçün Rusiyaya qayıda bilmədi. Nüfuzlu adamların işə qarışmasından sonra cənazə Bakıya gətirildi və Qutseriyev oğlu ilə Bakıdakı “Göy Məscid”də təşkil olunan yas mərasimində vidalaşmalı oldu. Daha sonra cənazə Bakıdan İnquşetiyaya aparılaraq dəfn olundu. Qutseriyev isə bir müddət Bakıda gizləndikdən sonra Londona getmişdi. Biznesmen orada yeni şirkət təsis edərək Azərbaycanda və digər ölkələrdə neft biznesini genişləndirib. 2008-ci ildə onun Londonda qurduğu offşor şirkət “Global İnvestment Energy” (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik olan iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir.
Ola bilsin ki, indi , Rusiyada iqtisadi çətinliklərin yaşandığı bir vaxtda Qutseriyevin böyük oğluna Moskvada bu cür dəbdəbəli toy etməsi yenə də Kremlin xoşuna gəlməsin. Vaxtilə Telman İsmayılov Rusiyada qazandığı milyonları Antalyada tikdirdiyi dəbdəbəli otelin açılışında Hollivud ulduzlarının başından səpələyəndə Putini hiddətləndirmişdi və həmin dəbdəbə indi T.İsmayılovun müflis duruma düşməsinin əsas səbəbidir…

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv