Azərbaycan neftinin qiyməti 40 dollardan aşağı düşdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,75 ABŞ dolları, yaxud 4,28% azalıb.

Yenicag.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 39,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.