Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşdı

Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,85 % artıb.

Yenicag.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,77 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

“Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Loading...

www.yenicag.az

176