Azərbaycan neftinin qiyməti 77 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.