Azərbaycan neftinin qiyməti artıq 88 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24% artaraq 87,81 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.