Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,9 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,42 dollar/barrel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,9 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barrel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,7 dollar/barrel olub, bu da əvvəlki göstəricidən 2,5 dollar/barrel azdır.