!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan neftinin son qiyməti

!Reklam – Yazi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 73,85 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,15 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 72,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 2-də 69,64 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 2-də 71,44 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.

Trend

www.yenicag.az

9911
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv