Azərbaycan Ombudsmanı beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının “X” hesabında paylaşım edilib.

“Bu gün biz bir daha ekologiya və ətraf mühitin mühafizəsi sahəsində çalışan beynəlxalq təşkilatları Ermənistanın törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq!”, – paylaşımda bildirilib.

Qeyd edək ki, noyabrın 6-sı Ekologiyanın müharibə cinayətlərindən mühafizəsi beynəlxalq günü kimi qeyd olunur.