Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşuldu

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.

Bu barədə Yenicag.az-a Energetika Nazirıiyindən bildirilib.

İclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.

COP29