!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Ordusu atamın qisasını aldı" - Şəhid polkovnikin oğlu

!Reklam – Yazi

“Ötən il baş verən Tovuz döyüşləri Azərbaycan xalqının birləşərək torpaqlarımızı işğaldan azad etməsinə təkan verdi”.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə ötən il Tovuz rayonunda erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.

O bildirib ki, bu gün atasının qisasının alınması ilə fəxr edir:

“Bu hadisələrdən sonra Azərbaycan xalqı bir yumruq kimi birləşdi və sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə əks hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusu şəhidlərimizin, o cümlədən mənim atamın qisasını artıqlaması ilə aldı və doğma torpaqlarımızı işğaldan azad etdi. Mən bir şəhid oğlu kimi atamla və Azərbaycan Ordusunun bütün qəhrəman oğulları ilə fəxr edirəm.

Biz bütün şəhidlərimizə borcluyuq. Hər birimiz Azərbaycan Ordusunun igidləri ilə fəxr edirik. Biz bu cür qəhrəmanlarımızı yaşatmalıyıq, onların qəhrəmanlıqlarını nəsildən-nəsilə ötürməliyik, təbliğ etməliyik. Azərbaycanın bu cür qəhrəmanları əsrlərlə yaşamalı, Azərbaycan gəncliyi, gələcəyi bu qəhrəmanları tanımalıdır. Çünki onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçiblər, Azərbaycanın gələcəyinin təhlükəsiz və firavan yaşaması üçün qanlarını töküblər”.

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv