“Azərbaycan ordusu əməliyyatları dayandırmayıb” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Hazırda artilleriya bölmələrimiz düşmən mövqelərinə güclü zərbələr endirir”.

Bunu sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını dayandırması barədə yayılan məlumatlara aydınlıq gətirən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd deyib.

Səxavət Məmməd bildirib ki, cəbhənin əsas istiqamətlərində döyüşlər davam etdirilir və əməliyyatların dayandırıldığı haqda yayılan məlumatlar əsassızdır:

“Gün ərzində Ağdam, Tərtər, Goranboy və Naftalanda olmuşam. O istiqamətlərdə döyüşlər davam edir.

Düşmən gecə saatlarında Ağdam, Tərtər , Naftalan istiqamətlərində yaşayış məntəqələrini idarəolunmaz raketlərdən və başqa raket sistemlərindən atəşə tutub. digər uzaq mənzilli raketlərdir.

Yəni bunda ermənilərin əsas məqsədi daha çox dağıntı törədilməsi və mülki əhali arasında itkilərin çox olmasıdır. Onlar bununla təşviş yaratmaq istəyirlər”.

Əməkdaşımız qeyd edib ki, hazırda artilleriya bölmələrimiz düşmən mövqelərinə güclü zərbələr endirir:

“İndi mənim olduğum ərazidə erməni artilleriyası tamamilə sıradan çsxarılıb. Hava məkanına tam nəzarət də Ordumuzun əlindədir. Çünki ermənilərin hava hücumundan müdafiə sistemləri demək olar ki, tamamilə dağıdılıb.

Digər tərəfdən, hazırda döyüşlər düşmənin yerləşdiyi ərazilərin dərinliklərində aparılır. Bu isə o deməkdir ki, Azərbaycan Ordusu nəinki dayanmayıb, əksinə, irəliləyir”.

Gülşən Şərif