“Azərbaycan ordusu Hadrutda tam möhkəmlənib” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Bölmələrimiz Hadrut istiqamətində bir neçə dəfə hücuma cəhd göstərən ermənilərə qarşı əks-hücuma keçərək, onlara ağır zərbə vurublar”.

Bunu döyüş bölgəsində oktyabrın 12-i saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, Azərbyacan artilleriyası effektli zərbələrlə düşmənin fəallaşmasına imkan vermir:

“Gecə saatlarından etibarən, düşmən tərəfi Ağdam, Tərtər və digər istiqamətlərdə yaşayış məntəqələrini artilleriyadan atəşə tutublar. Azərbyacan artilleriyasının zərbələri nəticəsində düşmənin bütün istiqamətlərdə hərbi texnika və canlı qüvvəsi məhv edilib.

Bundan başqa, son günlər Ermənistan mənbələri Hadrut qəsəbəsi ilə bağlı dezinformasiyalar yaymaqdadır. Hər kəs bilsin ki, Azərbaycan ordusunun bölmələri Hadrutu işğaldan azad etdikdən sonra ərazidə tam möhkəmləniblər.

Eyni zamanda, bölmələrimiz Hadrut istiqamətində bir neçə dəfə hücuma cəhd göstərən ermənilərə qarşı əks-hücuma keçərək, onlara ağır zərbə vurublar.

Əldə etdiyim son məlumata əsasən, hazırda Füzuli və Tərtər istiqamətlərində döyüşlər davam edir. Əməliyyat şəraiti tam olaraq, Azərbaycan Ordusunun nəzarətindədir”.

Gülşən Şərif