Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur – Müdafiə Nazirliyi

Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlik rəsmi olaraq bildirir ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır.