Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan Ordusu ölkəmizin müdafiəsini təmin etməyə qadirdir” - Deputat

“Güclü orduya malik olmağımız erməniləri və ermənipərəst qüvvələri narahat edir”.

Yenicag.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun fikrincə, xalqımızın ordumuza olan dəstəyi yüksəkdir və bu dəstəyə mane olmaq istəyənlərə qarşı öz vətəndaş mövqeyimizi göstərməliyik: “Azərbaycan Ordusu Ermənistan tərəfinin davamlı təxribatına layiqli cavab verərək hücumların qarşısını dərhal alır. Ordumuzun həyata keçirdiyi əks-tədbirlərlə düşmən həmişə itkilər verərək geri çəkilir. Belə qətiyyətli cavablar həmrəyliyimizin və milli iradəmizin güclü olmasındandır. Bu gün müharibənin qaçılmaz olduğu vaxtda hər birimiz məsuliyyətli davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”.

Deputat bildirib ki, hazırda Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir: “Bu gün ordumuz istənilən an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Dövlət başçısı İlham Əliyevin təşəbbüslərinin beynəlxalq arenada dəstəklənməsi Ermənistan hakimiyyətinə təsirsiz ötüşmür. Bizim güclü orduya malik olmağımız və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi ermənipərəst qüvvələri, erməni lobbisini və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir”.

Loading...

www.yenicag.az

251
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100