Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlikdən qeyd edilib ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır:

“Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir”.