!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Ordusu və xalqı 44 gün ərzində şanlı qələbə tariximizi yazdı” - Partiya sədri

!Reklam – Yazi

“Ermənilərin ağlı olsaydı, Azərbaycan torpaqlarını çoxdan tərk edərdilər”.

Bu sözləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəyərləndirən Yeni Zaman Partiyasının sədri Musa Ağayevə Yenicag.az-a açıqlamasında bildirib.

Musa Ağayevin sözlərinə görə, Azərbaycan Ordusu və xalqı 44 gün ərzində ölkənin şanlı qələbə tarixini yazdı:

“Azərbaycan çox çətin bir məsələni həll etdi. Şuşanı geri almaq olduqca çətin idi və böyük hərbi məharət tələb edirdi. Azərbaycan Ordusu bu işin öhdəsindən şərəflə gəldi və torpaqlarımızı qarış-qarış geri almağa davam etdi. Sadəcə olaraq, bütün müharibələrin sonda sülhlə bitməsi məlum məsələdir.

Ölkə başçısı İlham Əliyev ermənilərə şərt qoymuşdu ki, istənilən vaxt sülhə gedə və danışıqlar masasına əyləşə bilər. Lakin bir şərtlə ki, ermənilər Azərbaycanın şərtini qəbul etməlidir. Sonda Ermənistan şərtlərlə razılaşdı və bayraq qaldırdı.

Azərbaycan hakimiyyəti xalqın milli maraqlarına xidmət edən maksimum addımı atdı. Bu baxımdan, istər danışıqlar masası, istərsə də hərb sahəsində baş verən proseslər başadüşüləndir.

Ermənilərin ağlı olsaydı, Azərbaycan torpaqlarını çoxdan tərk edərdilər və Dağlıq Qarabağda yüksək statusa malik ola bilərdilər. Onlar bu şansı əllərindən qaçırdılar. Bundan sonrakı gedişat Azərbaycanın əlindədir və regionda fərqli mühit yaranacaq”.

Gülşən Şərif

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv