!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunda Respublika Günü münasibətilə tədbirlər keçirildi

!Reklam – Yazi

28 may – Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Yenicag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub.

Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət edilib, abadlıq işləri aparılıb.

Hərbi hissələrdə bayram konsertləri, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçirilib.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv