Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.
Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.
***
13:27
Polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.
Yenicag.az-ın məlumatına görə, ağır xəsarətlər alan polkovnik-leytenant hərbi hospitala yerləşdirilib.
Faktı Trend-ə Müdafiə Nazirliyindən təsdiqləyiblər.