Azərbaycan Ordusunun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərli Cavidan Sənan oğlu uzun sürən “Still xəstəliyi”ndən vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən Yenicag.az-a məlumat veriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.