Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak oldu

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.

Yenicag.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı Report”a təsdiqləyib.

“Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.