Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Ordusunun KOMANDO BİRLİKLƏRİ: "Yetişdirilən heyət gələcəkdə..." - ŞƏRH

“Orduda say azaldılmalı, keyfiyyət yüksəlməlidir”.

Bunu Azərbaycan Ordusunda komando birliklərin yaradılması, hərbçilərimizin Türkiyədə təlim keçib gəlməsini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Hərbi ekspert bildirib ki, komando birliklərinin yaradılması və Türkiyədə təlimlərin keçirilməsi Türkiyə modelinə keçidin tərkib hissəsidir:

“Quru Qoşunları yarandığı üçün mütləq onun tərkibində komando birlikləri olmalıdır. Quru Qoşunlarının yaranması ilə paralel bu proses başladı. İkinci önəmli məsələ isə əməliyyatlar aparacağımız relyef dəyişdi. Əslində, müharibə başlamazdan əvvəl müdafiə əməliyyatlarının aparılacağı yer düzənlik ərazilər idi. Motoatıcı bölmələr şəkilində döyüş hazırlığı tərtib olunurdu. Yeni reallıqda relyef dağlıq ərazilərə düşür. Xüsusilə də Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa da daxil dağlıq ərazilərdir. Dağlıq ərazilərdə anti-terror əməliyyatlarının aparılması üçün mütləq komando birlikləri iştirak etməlidir. Onların xüsusu hazırlığı buna görədir. Motoatıcı bölmələrin funksiyası düzənlik ərazidə müdafiəni təşkil etməkdir.

Sual olunur ki, Xüsusi Təyinatlı Qüvvələr var ikən niyə komando birlikləri yaranır? Xüsusi Təyinatlı Qüvvələr strateji məqsədlər üçün yaradılmış qurumdur. Yəni onlar, adətən, düşmən ərazilərinin dərinliklərində xüsusi strateji tapşırıqları yerinə yetirirlər. Komando birlikləri isə Quru Qoşunlarının tərkibində olub operativ və taktiki əməliyyatları yerinə yetirən bölmələrdir. Komando birlikləri birbaşa Quru Qoşunlarına tabedir. Əslində, dağlıq ərazilərdə dislokasiya olunan bölmələrimizin çoxu gələcəkdə imkan daxilində komando birliklərinə çevrilməlidir. Motoatıcı bölmələrdə say çoxdur, ancaq müəyyən tapşırıqların yerinə yetirilməsi effektli deyil. 44 günlük müharibə onu göstərdi ki, əsas vuran güc Xüsusi Təyinatlı Qüvvələr, kəşfiyyat bölmələri oldu. Motoatıcı bölmələr fon yaradır, ancaq tapşırığın yerinə yetirilməsi problemli olur”.

Komando birliklərinin Türkiyədə yetişdirilməsinin səbəblərinə gəldikdə isə Elxan Şıxəliyev bunları deyib:

“Türkiyənin İsparta vilayətinin Eğirdir şəhərində dağ komando mərkəzi var. Komando mərkəzində bizim hərbçilər, Xüsusi Təyinatlılar, kəşfiyyat bölmələri təlim görürlər. Azərbaycan Ordusunun hərbçiləri 1992-ci ildən Eğirdir dağ komando mərkəzində təlim keçib, gəlirlər. Şəxsən mən 1993-cü ildə Eğirdir dağ komando mərkəzində 6 aylıq təlim keçib Qarabağ müharibəsinə qatılmışdım. O təlim mərkəzinin çox mükəmməl infrasturukturu var. Həmin mərkəz Türkiyəyə dost olan ölkələrin təlim gördüyü bir mərkəzdir. Mərkəzdə dağ şəratində əməliyyatların aparılması, eyni zamanda qışda xizəkçilik təlimləri öyrədilir. Azərbaycanda hələlik belə mərkəz yoxdur. Gələcəkdə Azərbaycanın da dağ komando mərkəzi yaradıla bilər. Görünən odur ki, yetişdirilən heyət gələcəkdə dağ komandolarının yetişdirilməsi üçün istifadə olunacaq. Hər dəfə komando bölmələrinin gedib Türkiyədə təlim görüb gəlməsi çətin olar. Bunun çox ciddi maliyyəyə ehtiyac var. Düşünürəm ki, bir briqada ilə kifayətlənilməyəcək. Gələcəkdə motoatıcı bölmələrin sayı azaldılıb, dağ komandolarının sayı artırılacaq. Bu həm də keyfiyyət anlamına gəlir”.

Səxavət Məmməd

www.yenicag.az

324
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100