Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü – VİDEO

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti Rusiyaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.