Azərbaycan Ordusunun zabiti qətlə yetirildi: Həbs edilən var

Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Yenicag.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.