“Azərbaycan öz ərazilərini bərpa edir”.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz “Facebook” səhifəsində yazıb.
“Bu gün nə baş verir? Azərbaycan nəhayət öz ərazilərini bərpa edir, Ermənistan isə bir əsrlik rus əsarətindən xilas olur. Ukrayna hərbi-diplomatik cəbhədə uğurla irəliləyir və Gürcüstan nəinki 2013-cü ildə itirdiyimiz beynəlxalq subyektivliyini, həm də bütün bunların nəticəsində beynəlxalq dövlət müstəqilliyini itirir. Artıq hərəkət etmək vaxtıdır”, – deyə eks-prezident qeyd edib./unikal