“Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır” – Rusiyalı hərbi ekspert

“Bu gərginlik rəsmi Bakı ilə İrəvan arasında sərhəd və sülh anlaşması imzalanana qədər davam edəcək”.

Bu sözləri Yenicag.ru-ya açıqlamasında Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün başladığı əks-hücum əməliyyatlarına münasibət bildirən tanınmış rusiyalı hərbi ekspert Aleksandr Perenciyev səsləndirib.

Hərbi ekspert bildirib ki, Azərbaycanın bu hərbi kompaniyası onun öz ərazi bütövlüyünü bərpa etmsinə hədəflənib:

“Azərbaycan Ermənistana hücum etmədi! Dəqiq desək, Azərbaycan öz ərazilərini azad etmək uğrunda mübarizə aparır!

Ermənistan tərəfindən işğal olunmuş 7 rayon rəsmi Bakı ilə İrəvan arasında müzakirə mövzusu deyil. Danışıqlar yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında aparılır.

Azərbaycan burada aqressiya nümayiş etdirmir. Biz hələ Dağlıq Qarabağdan danışmırıq. Azərbaycan DQMV ətrafındakı heç olmasa, 5 rayonu azad etmək üçün mübarizə aparır.

Əlbəttə, mən problemin sülh yolu ilə həllinin tərəfdarıyam. Ancaq danışıqlar da müəyyən qərarla nəticələnməlidir. Rəsmi İrəvanın mövqeyi bu münaqişənin böyüməsinə səbəb oldu. Bu gərginlik rəsmi Bakı ilə İrəvan arasında sərhəd və sülh anlaşması imzalanana qədər davam edəcək. ATƏT də məhz bunun üçün səy göstərməlidir.”