Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verdi

Azərbaycan Özbəkistan vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlham Xürrəmoviç və 1986-cı il təvəllüdlü Abdullayev Fərhadcan Əhrarcanovic qarşı tərəfə təhvil verib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, Özbəkistan vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlham və 1986-cı il təvəllüdlü Abdullayev Fərhadcanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev bu ilin iyulun 29-da, F.A.Abdullayev sentyabrın 1-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər”, – deyə məlumatda qeyd edilib.

COP29