Azərbaycan para-pauerliftinqçisi Tiflisdə bürünc medal qazandı

Azərbaycan para-pauerliftinqçisi Leyla Kərimova Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Açıq Avropa Çempionatında bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Yenicag.az-a verilən məlumata görə, onun ən yaxşı nəticəsi 74 kq olub.

İdmançının ümumilikdə qaldırdığı 201 kq çəki isə öz kateqoriyasında 2-ci ən yaxşı göstərici olub.