!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan parataekvondoçuları iki qızıl medal qazandı - FOTO

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi keçirilib.

Yenicag.az xəbər verir ki, bu seriyada ilin yekun yarışını Azərbaycan millisi 2 qızıl medalla başa vurub.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Sabir Zeynalov (58 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Braziliya, İsrail və Türkiyədən olan parataekvondoçuya qalib gələrək, Ər-Riyadda Azərbaycan himnini səsləndirib.

Zeynalovun uğurunu komanda yoldaşı İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz Özbəkistan, Yaponiya və Argentinadan olan rəqiblərini məğlub edərək, yarışın qızıl medalına yiyələnib.

Hər iki paratekvondoçu qalib olmaqla aktivinə 100 reytinq xalı əlavə edib.

Qeyd edək ki, Qran-pri yarışlarının final mərhələsində sabah taekvondo yarışları başlayacaq. Azərbaycan turnirdə 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayevlə təmsil olunacaq.

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv