Azərbaycan Paris-2024-ə daha bir lisenziya qazandı

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 4-cü yerə çıxıb.

Yenicag.az xəbər idmançı 9,95 metr nəticə ilə bu sıranı tutub. Aslanov bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, bundan öncə Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə Paris-2024-ə lisenziya əldə ediblər.