Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

“Azərkosmos” ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracat icmalı”nda deyilir.

Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib.

2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib./Trend/

www.yenicag.az

9554