Azərbaycan Polisinin 105 yaşı tamam olur

İyulun 2-si Azərbaycanda Polis Günüdür.

Yenicag.az xəbər verir ki, bu gün Azərbaycan Polisinin yaranmasından 105 il ötür.

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.