Azərbaycan Premyer Liqası başa çatır

Bu gün Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq.

Mövsümün sonuncu turunun bütün oyunları bu gün keçiriləcək.

Bu oyunlardan sonra Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olacaq.

Böyük ehtimal ilə “Qarabağ” “Qəbələ” və “İnter”dən sonra avrokuboklara vəsiqə qazanan digər komanda “Zirə” olacaq. Bunun üçün “Zirə” səfərdə autsayder AZAL-a uduzmamalıdır.

“Kəpəz”in də Avroliqaya vəsiqə qazanmaq şansı qalır. Belə ki, “Zirə” rəqibinə məğlub olsa, “Kəpəz” ev oyununda “İnter”ə böyük hesabla qalib gəlsə vəsiqə qazana bilər.

Mövsümün digər son oyunlarında isə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək, “Qarabağ” isə “Neftçi”nin qonağı olacaq.

Yeniçağ.az