Azərbaycan Premyer Liqası: Kənar şəxslər iki klubu ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXVIII turunda yaşananlara hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda qonaq komandanın futbolçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.
“Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə Gəncə klubu 1600 manat cərimələnib.

“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə meydan sahibi 1600 manat cərimə olunub.

COP29