Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Yenicag.az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.
İlk görüşdə autsayderlər zonasında olan komandalardan “Səbail” və “Keşlə” üz-üzə gələcək.
Günə liderin qarşılaşması ilə yekun vurulacaq. 9 oyundur uduzmayan “Qarabağ” heç vaxt məğlub olmadığı “Sabah”ın qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XIX tur
12 mart
16:45 “Səbail” – “Keşlə”
“ASCO Arena”
19:00 “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”
Qeyd edək ki, tura sabah baş tutacaq “Neftçi” – “Sumqayıt” və “Qəbələ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.