“Qəbələ” şokda, “Neftçi” qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk olaraq “İnter” və “Neftçi” komandaları üz-üzə gəlib.

Yeni mövsümdə qələbə üzünə həsrət qalan “Neftçi” nəhayət 7-ci turda 3 xala sevinib.

Tərlan Əhmədovun komandası 2:0 hesablı qələbə qazanmaqla xallarının sayını 4-ə yüksəldib.

Turun digər matçında isə “Qəbələ” doğma azarkeşlər önündə autsayder “Kəpəz”i qəbul edib. Elə bu oyunda da ilk yaşanıb. Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi çətin səfərdə gözlənilməz qələbəyə sevinib.

Beləcə, “Neftçi” ilə eyni gündə “Kəpəz”də yeni mövsümdə ilk dəfə 3 xala sevinib.

Azərbaycan Premyer Liqası

VII tur
29 sentyabr (cümə)

16:00. “İnter” – “Neftçi” – 0:2
Qol: Derlis Meza Kolli, 60, Rəhman Hacıyev, 72
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

18:30. “Qəbələ” – “Kəpəz” 0:2
Qol: Kərim Diniyev, 47. İlkin Sadıqov, 58.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

COP29