!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Premyer Liqasında 2022-ci ilin rekordu qeydə alındı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022-ci ilin rekordudur.

“Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub. Keçən il 6-7 noyabrdakı dörd görüşdə 17 top qeydə alınıb. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv