Azərbaycan Premyer Liqasında daha iki oyun

Bu gün Azərbaycan Premyer Liqasının XVI turunda daha iki görüş baş tutacaq.

Yeniçağ.az xəbər verir ki, “Zirə” “Kəpəz”i, “Sumqayıt” isə “İnter”i qəbul edəcək. Hır iki matç 14:00 -da baş tutacaq.

“Zirə – “Kəpəz”

Hakim: Elvin Əsgərov – Stadion: Zirə İdman Kompleksinin stadionu

“Sumqayıt” – “İnter”  Hakim: İnqilab Məmmədov – Stadion: Kapital Bank Arena

***

Fevralın 3-də baş tutan oyunlar.

“AZAL” 1-2 “Qarabağ” Hakim: Orxan Məmmədov – Stadion: AZAL Arena “Qəbələ” 1-0 “Neftçi” Hakim: Fariz Yusifov – Stadion: Qəbələ şəhər stadionu

Yenicag.az

Loading...