Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırıldı

Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilib.

Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statusunda olmalıdır.