Azərbaycan Premyer Liqasında ilk tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, bağlanış oyununda “Sabah” komandası “Qəbələ”ni qəbul edib. “Bank Respublika Arena”da keçirilən matçda meydan sahibləri 5:0 hesablı qələbə qazanıb.

Qolları 21-ci dəqiqədə Emmanuel Apeh, 36-cı dəqiqədə Anatoli Nuriyev, 45-ci dəqiqədə Aleksey İsayev, 56-cı dəqiqədə Coy Lens Mikels və 79-cu dəqiqədə Tellur Mütəllimov vurublar.

Bu qələbədən sonra 3 xalı olan “Sabah” vurulan qolların sayına görə liderliyə yüksəlib. Xalı olmayan “Qəbələ” isə buraxılan topların sayına görə sonuncu pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” “Qarabağ”ı, “Kəpəz” isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib./Azertag/