!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçirilib.

İlk görüşdə “Zirə” AZAL komandasını qəbul edib. Zirə idman kompleksinin stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanıb. Ayxan Abbasovun rəhbərlik etdiyi komandada Sezar Meza Kolli 11 və 29-cu dəqiqələrdə dubl edib. AZAL-ın yeganə qolunu isə 50-ci dəqiqədə Rəşad Abdullayev vurub. Bu oyundan sonra “Zirə” 15 xalla turnir cədvəlinin 4-cü, AZAL isə 8 xalla sonuncu pilləsindədir.

Turun son oyunu isə “Azərsun Arena”da keçirilib. “Qarabağ” Bakının “Neftçi” klubunu qəbul edib. Oyunda ilk qolu qonaqlar vurub. Cavid İmamverdiyev 13-cu dəqiqədə topu qapıya göndərib. İlk hissə “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda son nöqtəni isə “Qarabağ” qoyub. Oyunun 73-cü dəqiqəsində Dino Ndlovu rəqib futbolçu

Məqsəd İsayevin cərimə meydançası daxilində əllə oynamasına görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Qarşılaşma 1:1 hesabı ilə də bitib.

Bu, bakılıların səfərdə qələbə qazana bilmədiyi 8-ci oyun olub. Bununla “Qarabağ” xal ehtiyatını 33-ə çatdıraraq yenidən ilk pilləyə yüksəlib. “Neftçi” isə 10 xalla 7-cidir.

Qeyd edək ki, turun ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qəbələ” – “Sumqayıt” 1:1, “İnter” – “Kəpəz” oyunu isə 461 hesabı ilə başa çatıb.

Yeniçağ.Az

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv