Azərbaycan Premyer Liqasının 21-ci turu əlamətdar olub.
Yenicag.az xəbər verir ki, keçirilən 5 oyunun hamısında bütün komandalar qol vura bilib.
Bu, cari mövsümdə ilk belə haldır. İndiyədək heç bir turda bütün komandalar fərqlənə bilməmişdi.
Daha öncə iki dəfə komandalar buna yaxın olmuşdu. 3-cü turda “Kəpəz”, 20-ci turda isə “Zirə” ümumi mənzərəni pozmuşdu. Maraqlıdır ki, bu komandaların şəxsi duelinin qolsuz bitdiyi 10-cu turda da digər Premyer Liqa iştirakçılarının hamısı toru silkələyə bilmişdi./Qafqazinfo/