Azərbaycan Premyer Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tur oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. Qarşıdakı tura martın 3-də “Kəpəz” – “Səbail” matçı ilə start veriləcək. Sabah “Sumqayıt” – “Qarabağ” matçı da keçiriləcək. Martın 4-də “Qəbələ” – “Neftçi” və “Zirə” – “Keşlə” oyunları nəzərdə tutulub.

Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

 

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

 

COP29