Azərbaycan prezidenti: “Ermənistan buna çox ümid etsə də…”

“Rusiyadan müsbət mesajlar gəlir və onun hər hansısa tərəf tutması müzakirə mövzusu deyil”.

Yenicag.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, son proseslərdə Rusiya özünü çox məsuliyyətli və böyük ölkə kimi göstərir:

“Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu. Daha sonra bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Bu ölkələrin başçılarına təşəkkürümü bildirirəm.

Bu çətin dönəmdə onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.

Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətimiz uğurla inkişaf edir və bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibət çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətə strateji əməkdaşlıq kimi yanaşır.

Bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansısa tərəf tutması müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi”.

Gülşən Şərif