Azərbaycan Prezidenti İlham Əliyev Tacqoyma günü münasibəti ilə Roma papası Fransiskə təbrik məktubu ünvanlayıb.
Yenicag.az xəbər verir ki, məktubda deyilir:
“Tacqoyma gününüz münasibətilə sizi və sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm”.
Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.
Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə sizə möhkəm cansağlığı, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.