Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gedib.
Yenicag.az xəbər verir ki, Düşənbə şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi Tacikistanın Baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşıladılar.