Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Yenicag.az xəvər verir ki, iclasda Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər.
Dövlət başçısı çıxış etdikdən sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə yeni mənzillərin orderlərini təqdim edib.
Bu şəxslər arasında “K-1” qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olan Zabit Səmədov da yer alıb.