Azərbaycan prezidentliyinə daha bir namizəd

Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə daha bir namizəd bəlli olub.

Yenicag.az xəbər verir ki, söhbət AĞ Partiyanın sədri Tural Abbaslıdan gedir.

Belə ki, onun 11 apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə sənədlər fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.